Xalq artistinin ailəsində ağır itki

Xalq artistinin ailəsində ağır itki
16149 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Mübariz Tağıyevə ağır itki üz verib. Sənətkarın qardaşının həyat yoldaşı qəfildən dünyasını dəyişib.
 
Axşam.az xəbər verir ki, publika.az-a açıqlama verən xalq artisti gəlinlərinin Türkiyədə dünyasını dəyişdiyini deyib:
 
“Qardaşımın yoldaşı ailəvi olaraq Türkiyədə Bodrum şəhərində istirahət edirdi. Bir neçə günə Bakıya qayıdacaqdılar. Çimərlikdə qardaşımın yoldaşının qəfildən ürəyi dayanıb. Həkimlər bildiriblər ki, isti havada soyuq suya girdiyi üçün ürəyi tab gətirməyib, infarkt keçirib. Cənazə Türkiyədən gətirildi və Bakıda torpağa tapşırdıq. Heç vaxt ürəyindən şikayət etməmişdi”.