Məşhur serialdan gözlənilməz qərar - foto

Məşhur serialdan gözlənilməz qərar - foto
32519 dəfə oxunub
  • A-
  • A
  • A+

“Eşkıya Dünyaya Hükümdar Olmaz” serialının baş rolunda yer alan Oktay Kaynarca və rejissor Onur Tan “Altın Kelebek” mükafatlarına namizəd olmayacaqlarını açıqlayıblar.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu il 43-cü dəfə keçiriləcək müsabiqə üçün “Eşkıya Dünyaya Hükümdar Olmaz” serialı 4 nominasiyada (“ən yaxşı serial”,”ən yaxşı aktrisa”, “ən yaxşı aktyor”, “ən yaxşı rejissor”) namizəd göstərilmişdi.

Lakin, Oktay Kaynarca sosial mediada açıqlama verərək “ən yaxşı aktyor” nominasiyasında namizəd olmayacağını bildirib. Onur Tan da “ən yaxşı rejissor” olmaqdan imtina edib.