“Kördüğüm”ün aktrisası kraliçaya qonşu oldu

“Kördüğüm”ün aktrisası kraliçaya qonşu oldu
6770 dəfə oxunub
  • A-
  • A
  • A+

“Kördüğüm” serialının baş rolunda “Naz” obrazını canlandıran Belçim Bilgin ekran işindən ayrılaraq İngiltərəyə köçüb.

Axşam.az Habertürk-ə istinadən xəbər verir ki, karyerasını Londonda davam etdirmək qərarı alan 33 yaşlı aktrisa Bukinqem küçəsində kirayə ev tutub.

B.Bilginin ev üçün aylıq 4 min funt sterlinq (təxminən 7500 manat) ödəyəcəyi bildirilir.

Qeyd edək ki, aktrisanın evi İngiltərə kraliçası II Yelizabetin yaşadığı “Bukinqem Sarayı” yaxınlığında yerləşir.