Bal yarmarkasında qeyri-adi “bal ağacı” - video

Bal yarmarkasında qeyri-adi “bal ağacı” - video
16130 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda keçirilən bal yarmarkasına Balakəndən içərisi balla dolu ağac gətirilib.

Axşam.az ATV-yə istinadən xəbər verir ki, arıçı İlqar Məmmədov bu balın ərsəyə gəlməsi üçün 1 il əziyyət çəkdiyini deyib:

“Bu, Qaxın Üzümlü kəndinin qayalarında yerləşdirilib və oranın çiçəklərindən düzələn baldır. Burda 60 kq-a yaxın bal var. İnsan əli dəymədən arı özü toplayıb”.

Qeyd edək ki, yarmarkada iştirak üçün 270 fermer iştirak edir.