Dünyanın ən kiçik sensor telefonu - fotolar

Dünyanın ən kiçik sensor telefonu - fotolar
1858 dəfə oxunub
  • A-
  • A
  • A+

Çinin “V-Phone” şirkəti “Vphone S8” telefonunu təqdim edib.

Axşam.az ICTnews-a istinadən xəbər verir ki, yeni qurğu dünyada sensor ekranla təchiz edilən ən kiçik telefon olub.

Telefondan “ağıllı” saat kimi istifadə etmək də mümkündür. Arxa paneldə ürək ritmini ölçən cihazın yerləşdiyi qurğu addımları da saya bilir. Telefonda sosial şəbəkələrdən də istifadə etmək mümkündür.

Korpusu aliminyumdan düzəldilən “Vphone S8” 1,54 düymlü sensor ekranla təchiz edilib.

Qara və gümüşü rəngdə təklif olunan telefonun ölçüsü 46,7 х 37,3 х 9,9 mm, çəkisi 30 qram təşkil edir.

Qurğunun qiyməti 30 dollardır. Lakin satışa nə vaxt çıxarılacağı açıqlanmayıb.