Xalq artistinə həsr olunan musiqili gecə

Xalq artistinə həsr olunan musiqili gecə
346 dəfə oxunub
  • A-
  • A
  • A+

R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında xalq artisti Ramiz Mustafayevin anadan olmasının 90 illiyinə həsr olunmuş musiqili gecə təşkil olunub.

Axşam.az xəbər verir ki, “Ötən illərin nəğmələri” adlı gecə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşib.

Əvvəlcə sənətkarın keçdiyi ömür yolunu əks etdirən videoçarx nümayiş edilib.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının prorektoru Lalə Hüseynova çıxış edərək unudulmaz bəstəkarın həyat və yaradıcılığı ilə yanaşı, musiqi xəzinəmizin zənginləşməsindəki xidmətlərindən danışıb.

Vurğulanıb ki, “Vaqif”, “Polad”, “Aydın”, “Şirin”, “Xan və əkinçi”, “Tərs keçi” operalarının müəllifi olan R.Mustafayev 1968–1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində çalışıb. Musiqi sənətimizin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülən bəstəkar xüsusilə irihəcmli, monumental musiqi janrlarında əsərlər yazıb.

Konsertdə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Tofiq Əhmədov adına estrada simfonik orkestrinin müşayiəti ilə respublikanın gənc və tanınmış ifaçıları R.Mustafayevin əsərlərini səsləndiriblər.