Elçinin “Qatil”i Tbilisidə

Elçinin “Qatil”i Tbilisidə
377 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında lentə alınan “Qatil” bədii filminin 17-ci Tbilisi Beynəlxalq Film Festivalının “Avropa film forumu” bölümündə nümayişi baş tutub.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Axşam.az-a bildirilib ki, festivalda filmin quruluşçu rejissoru Kamran Şahmərdan və icraçı prodüseri Katri Lətt iştirak ediblər.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan film “Azərbaycanfilm” kinostudiyasında, Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə istehsal olunub.

Filmin ssenari müəllifi xalq yazıçısı Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüserləri Azər Quliyev və Katri Lətt, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırıblar.

Qeyd edək ki, “Qatil” filmi həmçinin Bakıda keçirilən 6-cı Avropa Film Festivalı və Finlandiyanın “Qara və Ağ” Teatr Festivalında iştirak edib.