Əməkdar mədəniyyət işçisi təcili əməliyyat edilməlidir - 8 min tələb olunur

Əməkdar mədəniyyət işçisi təcili əməliyyat edilməlidir -  8 min tələb olunur
2544 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar mədəniyyət işçisi Sidqi Mustafayevin səhhətində problem yaranıb.

"İRS" folklor ansamblının rəhbərinin yaxınlarının Axşam.az-a verdiyi məlumata görə, o, ürək-damar çatışmazlığından əziyyət çəkir. Onun təcili açıq ürək əməliyyatı olunmağa ehtiyacı var. Bunun üçün isə 8 min manat tələb olunur. S.Mustafayevin yaxınları bu məbləğə ehtiyacları olduğunu bildiriblər.

Qeyd edək ki, S.Mustafayev 37 ildir "İRS" folklor ansamblının bədii rəhbəridir.