"Biz doğuşdan xoşbəxtik" - "Victoria’s Secret"in mələyi

"Biz doğuşdan xoşbəxtik" - "Victoria’s Secret"in mələyi
4204 dəfə oxunub
  • A-
  • A
  • A+
"Victoria’s Secret"in ən təcrübəli modellərindən olan Aleksandra Ambrasio "Bazaar" jurnalı üçün kameralar qarşısına keçib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, fotosessiya etdirməklə yanaşı, jurnala müsahibə verən 35 yaşlı model daim formada qalmağından danışıb.

Onun sözlərinə əsasən, heç vaxt kədərlənmədiyinə və daim şən olduğuna görə, istədiyi zirvələri fəth edə bilir.

"Biz braziliyalılar doğuşdan xoşbəxtik. Həmişə gülürük. Mən dieta saxlamıram. Az yeyirəm, amma tez-tez yeyirəm və istədiyim hər şeyin dadına baxıram", - deyə Aleksandra vurğulayıb.