Nəzakət Teymurova teatrdan getdi - açıqlama

Nəzakət Teymurova teatrdan getdi -  açıqlama
2011 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Nəzakət Teymurova Opera və Balet teatrından ayrılıb.

Axşam.az-a açıqlama verən xanəndə məsələ ilə bağlı bunları deyib:

“Teatrdan öz istəyimlə ayrıldım. Heç bir səbəb yoxdur. Əslində mən 2 aydır teatrdan çıxmışam. Qərarımı teatr rəhbərliyi də hörmətlə qarşıladı. 20 ildir burada çalışıram, artıq bəsdir”.

N.Teymurova “Özünüzdən sonra Leyli kimi görürüsünüz” sualına belə cavab verib:

“Hələ ki, heç kimi görə bilmirəm. Operada gərək yetişəsən, təcrübən ola. Bir çox gənc Leylilərimiz var. Onlardan biri də mənim tələbəm Vüsalə Musayevadır. Leyli olmaq üçün zaman lazımdır”.

Qeyd edək ki, bu barədə ilk məlumatı yenicag.az yayıb.