Elvin 2017-ci ilə belə başladı - fotosessiya

Elvin 2017-ci ilə belə başladı -  fotosessiya
1880 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elvin Abdullayev yeni fotosessiya etdirib.

Axşam.az-ın məlumatına görə, ifaçı bu dəfə Elgün Zamanın fotokamerası qarşısına keçib.

Yeniliklərindən söz açan E.Abdullayev bildirib ki, başı klip çəkilişinə qarışıb:

“2017-ci ilə yeni fotosessiya və kliplə başladıq. Şəkilləri son zamanlar adı gündəmdə çox hallanan Elgün Zamana həvalə etdim. Artıq klipimin çəkilişləri də başa çatıb. Montaj işləri gedir, beş günə işıq üzü görəcək. Ekran işinin rejissoru yoxdur. Düşündük ki, mahnı çox ağırdır. Hansı məkan, obraz rahat gəlirsə, onu da edək. "Ayrılıq nəğməsi"nin musiqisi İlhamə Adilqızına, sözləri Gülağa Tənhaya məxsusdur. Mahnı 5 il əvvəl oxunub və müəllif tərəfindən yüksək qiymətləndirilib. Özümün də mahnıdan xoşum gəlir. Buna görə klip çəkdirmək qərarına gəldim. Tamaşaçıların ekran işini bəyənəcəklərinə əminəm. Düşünürəm ki, obrazımın öhdəsindən pis, yaxşı gəlmişəm. Klip üçün hər şey yüksək səviyyədə hazırlanıb. Geyimlərim “W collection”a məxsusdur".