"Gecə 11-dən sonra evə getsək..." - əkizlər

"Gecə 11-dən sonra evə getsək..." -  əkizlər
24145 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Sevil və Sevinc Səfərova bacıları “5/5” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aparıcı Zaur Kamal “Deyirlər, biri sizi saçlamaq istəyib qaçmısınız” sözlərinə əkizlər belə cavab verib:

“Bəzən inciklik olur. O da ətrafındakı insanlar məlumatı düzgün çatdırmadığı üçün. Məsələn, dedilər ki, Namiq Qaraçuxurlu acığa o dueti qızlarla oxudu. Əslində Namiqin heç duetdən xəbəri yox idi, biz özümüz hazırlayıb, göstərdik. İndi duetlərimizin davamı olacaq”.

Bacılar gecə saat 11-dən gec evə getmədiklərini deyiblər:

"İstəyir konsertdə olaq, istəyir çəkilişdə fərqi yoxdur, 11-də artıq evdə olmalıyıq. Yoxsa qapını açmayacaqlar. Vacib iş olub gec saata qədər qalanda isə ata-ana skaypla zəng edib danışrıdılar ki, görək hardasınız".