İradə İsak Esmiranı biabır etdi: "Üzdəniraqlara oxşayırlar"

İradə İsak Esmiranı biabır etdi:  "Üzdəniraqlara oxşayırlar"
14137 dəfə oxunub
  • A-
  • A
  • A+
“Türkiyədə evlilik proqramlarının birinə qatılan azərbaycanlı qızı transseksuala bənzətdikləri üçün məcbur olub mediaya uşaqlıq şəkillərini çıxarıb. Heç o şəkillərdə də özünə oxşamır”.

Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı İradə İsak sosial şəbəkədə yazıb.

Aparıcı “Star TV”də yayımlanan “Zuhal Topalla” izdivaç verilişinə qatılan azərbaycanlı gəlin namizədi Esmiranın plastik əməliyyat etdirməsinə irad bildirib:

“Bax nə məcburdur ki, o qədər plastik əməliyyat etdirəsən, ay bacı? Heç bir qram özünə oxşamırsan. Yeni adət də yaranıb. Əməliyyatdan sonra qızlar ağızlarını əyə-əyə, guya naz-qəmzəli danışmağa çalışırlar. Onda da lap o üzdəniraqlara oxşayırlar. Hətta bir dəfə Türkiyənin media işçiləri İlhamə Quliyevanın da Bülənt Ersoy kimi trans olduğunu düşünmüşdülər. Danışıq tərzi, makiyaj, əməliyyatlar başqa cür düşünməyə əsas vermirdi.
 
Yaxşı, qüsurunuz var düzəldin. Ağız-gözünüzü şişirib dam boyda etmək sizə nə verir, ay canıyanmışlar?”.