"17 ildir onu atmışam" - Sənubər İsgəndərli

"17 ildir onu atmışam" -  Sənubər İsgəndərli
11369 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Sənubər İsgəndərli müğənnilikdən uzaqlaşmağının səbəbini açıqlayılb.

Axşam.az-ın məlumatına görə, aktrisa “5/5” verilişində bildirib ki, özünü bu sahədə peşəkar hesab etməyib:

“17 ildir oxumağı atmışam. Bu mənim öz qərarım idi. İnsan hansı sahədə peşəkardırsa, onu seçməlidir. Ətrafımdakılar müğənnilik etməyimə müsabət yanaşırdılar, məni həvəsləndirirdilər. Bir işi yarımçıq etmək olmaz”.

S.İsgəndərli 1995-ci ildə oxuduğu “Məhəbbət olmayanda” mahnısından danışıb:

“Bu mahnını kim istəsə sevə-sevə verərəm. Məndən sonra Aygün Kazımova oxudu, gözəl də alındı. Mənim kiçik səsim var. Dünya praktikasında da var ki, aktyorlar mahnı oxuyur”.