Gözlər Monika Belluççidə olacaq

Gözlər Monika Belluççidə olacaq
1548 dəfə oxunub
  • A-
  • A
  • A+

52 yaşlı aktrisa Monika Belluççi 70-ci Kann kinofestivalının aparıcısı olacaq.

Axşam.az-ın məlumatına görə, bu barədə festivalın rəsmi Tvitter səhifəsində bildirilib:

"Heyranedici Monika Belluççi Kann festivalının açılış və bağlanış mərasimlərinə aparıcılıq edəcək".

Xatırladaq ki, bu il festival 17-28 may tarixində baş tutacaq. Builki münsiflər heyətinə ispan rejissor Pedro Lamodovar başçılıq edir.