Rusiyanın "Eurovision" təmsilçisinə şok - Ukraynaya buraxılmayacaq

Rusiyanın "Eurovision" təmsilçisinə şok - Ukraynaya buraxılmayacaq
4058 dəfə oxunub
  • A-
  • A
  • A+

Ukraynanın təhlükəsizlik xidməti Rusiyanın "Eurovision" təmsilçisinin ölkəyə buraxılmaması barədə qərar qəbul edib.

Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, Yuliya Samoylova üç il ərzində Ukraynaya daxil ola bilməz. Buna səbəb isə ifaçının Ukrayna qanunvericiliyinə zidd olaraq 2015-ci ildə bir festival çərçivəsində Krıma səfər etməsidir.

Əlil olması ilə diqqət çəkən Yuliya Rusiyanın işğal etdiyi Ukrayna ərazisinə getdiyi üçün ölkənin "qara siyahı"sındadır.

Qeyd edək ki, "Eurovision"un finalı mayın 13-də baş tutacaq.