Ərinin ölüm xəbərini canlı yayımda öyrənən aparıcı, baxın, neylədi... - video

Ərinin ölüm xəbərini canlı yayımda öyrənən aparıcı, baxın, neylədi... - video
81424 dəfə oxunub
  • A-
  • A
  • A+
Hindistan televiziyasında təsirli anlar yaşanıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Supreet Kaur adlı xəbər aparıcısı “IBC24” kanalında ölkəsində baş verən xəbərləri oxuyarkən sonda həyat yoldaşının avtomobil qəzasında dünyasını dəyişdiyini öyrənib.

Belə ki, verilişin sonuna az qalmış telekanalın reportyoru canlı yayıma qoşulub və yol qəzası haqda məlumat verib.

S.Kaurun aldığı xəbərdən studiyada şok yaşadığı səsindən hiss olunsa da, amma o, 10 dəqiqə dayanmadan canlı yayımda xəbərləri sonadək oxuyub.

Aparıcının bu hərəkəti dünya mətbuatında sosial şəbəkələrdə müzakirə olunub. Bəzi insanlar onun çox soyuqqanlı olduğunu qeyd etsələr də, əksəriyyət Supreetin hərəkətini alqışlayıb və ona “qəhrəman qadın” adı veriblər.