Beren Saatı sevənlərə bəd xəbər

Beren Saatı sevənlərə bəd xəbər
2196 dəfə oxunub
  • A-
  • A
  • A+
Ardıcıl rol aldığı filmlərlə izləyicilərinin zövqünü oxşayan Beren Saat karyerasına fasilə verməyə qərar verib.

Axşam.az xəbər verir ki, sənətçi hazırda davam edən "İntiqam" teleserialının çəkilişləri bitdikdən sonra şəxsi həyatına vaxt ayıracaq.

Müğənni Kənan Doğulu ilə ailə quracaq Beren gələn il üçün edilən bütün təkliflərdən imtina edib. Aktrisa ana olmaq və ailəsi ilə vaxt keçirmək istədiyini bildirib.

Qeyd edək ki, "Eşqə sürgün" teleserialı ilə məşhurlaşan Beren Saat "Eşq-i Məmnu", "Fatmagülün suçu nə", "İntiqam" serialları və "Mənim dünyam" filmlərində rol alıb.