"Düz iki il əvvəl bu gün..."

"Düz iki il əvvəl bu gün..."
1659 dəfə oxunub
  • A-
  • A
  • A+
2015-ci il mayın 23-də Selin Gökbakarla ailə quran aktyor Şahan Gökbakar xanımına evlilik ildönümündə romantik ismarış yollayıb.

Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, həyat yoldaşı ilə fotosunu paylaşan Şahan ona bu sözləri yazıb: “Düz iki il əvvəl bu gün... Bu iki il ərzində mənə 2 uşaq bəxş edən, hər halıma dözən, həmişə yanımda olan, sevgisini həmişə hiss etdiyim, fədakar xanımım... Dünyaya min dəfə gəlsəm də, səni tapar, səni sevərdim. Neçə gözəl ildönümlərinə...”.

Qeyd edək ki, Selin-Şahan cütlüyünün Dəniz Efe adlı oğlu, Ela adlı qızı var.