Papadan Melaniyaya gözlənilməz sual: "Trampa nə yedizdirirsən?"

Papadan Melaniyaya gözlənilməz sual: "Trampa nə yedizdirirsən?"
2212 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün İtaliyaya rəsmi səfər edən ABŞ prezidenti Donald Trampla xanımı Melaniya Tramp Roma Papası Fransisklə görüşüb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, görüşə qara libasda və baş örtüyündə gedən ABŞ-ın birinci xanımı ilə Papa arasında maraqlı dialoq yaşanıb.

Belə ki, Papa tərcüməçisi vasitəsilə Melaniyaya “Trampa nə yedizdirirsən? Potizza? (sloven xəmir xörəyi) sualını verib. Bu zarafat Melaniyanın gülüşünə səbəb olub.