Zukerberq ilk dəfə iftar süfrəsində

Zukerberq ilk dəfə iftar süfrəsində
1589 dəfə oxunub
  • A-
  • A
  • A+
"Facebook"un yaradıcısı Mark Zukerberq ilk dəfə iftar süfrəsinə qatılıb.

Axşam.az-ın məlumatına görə, o, Minneapolisdə Somalidan olan qaçqın ailələrlə bir masa arxasına oturub.

Bu barədə "facebook"da paylaşım edən Mark yazıb:

"Bu gün mən ilk dəfə iftar süfrəsində olub. Qaçqınlar hansı ölkəyə düşəcəklərini seçə bilmirlər. 26 ilini qaçqın düşərgəsində keçirən birindən ABŞ-da özünü evdəki kimi hiss edib-etmədiyini spruşdum. O, mənə "Ev arzuladığınız hər şeyi rahat şəkildə reallaşdıra biləcəyiniz yerdir" demişdi".