Yerli məşhurlar və övladları yeni layihədə

Yerli məşhurlar və övladları yeni layihədə
3777 dəfə oxunub
  • A-
  • A
  • A+
Heydər Əliyev Sarayında “Məşhurlar və övladları” adlı konsert proqramı sentyabrın 23-də baş tutacaq.

Sarayın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, ilk dəfə keçiriləcək layihədə  xalq artistləri Şahnaz Haşımova – oğlu Tural Abdullayev, Gülyaz Məmmədova – oğlu Ramazan Şərifzadə, Ramiz Novruz – oğlu Cavidan Novruz, Şəfiqə Eyvazova – qızı Mehri Əsədullayeva, əməkdar incəsənət xadimi Aqil Məlikov – oğlu Hüseyn Məlikov, əməkdar artistlər Nuriyyə Hüseynova – qızı Çilənay Bədəlova, Teyyub Aslanov – oğlu Nicat Aslanov, Elza Seyidcahan – oğlu Ələkbər Qasımov, Aşıq Ulduz – qızı Sədaqət Ulduz, tanınmış müğənnilər Könül Kərimova – oğlu Rəşad Məmmədov, Aşıq Zülfiyyə - oğlu Babək Quluzadə, Rüfət Axundov – oğlu Məhəmmədəli Axundov, Emil Bədəlov – qızı Səadət Bədəlova, Elxan Qaraxanoğlu – oğlu Ayxan Şirinov, Rəna Talıbova – oğlu Nicat Cəfərzadə və başqaları iştirak edəcəklər.

Layihənin xüsusi qonaqları qismində xalq artisti Faiq Ağayev, əməkdar artist Aybəniz Haşımova, Nadir Qafarzadə və Vüqar Əbdülov (meyxana) çıxış edəcəklər.