"Balamın ölümünə səbəb olanlar cəzasını çəkəcək” - Leylanın anası

"Balamın ölümünə səbəb olanlar cəzasını çəkəcək” - Leylanın anası
10065 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda əməliyyatdan sonra dünyasını dəyişən 22 yaşlı model Leyla Oruclunun anası faciə ilə bağlı yenicag.az-a danışıb.

Axşam.az xəbər verir ki, Sevinc xanım qızının ondan xəbərsiz əməliyyata getdiyini bildirib:

“Qızım ölümü ilə məni yandırdı. Məndən gizlin əməliyyata getdi, ürəyimə dağ çəkdi. Hələ ki, başım məclisə qarışıb, danışacaq halda deyiləm. Məclisi yola verəndən sonra hansı addım atacağımız barədə qərarımı bildirəcəm. Balamın ölümünə səbəb olanlar cəzasını çəkəcək”.

Xatırladaq ki, bu ayın 23-də ailəsindən xəbərsiz liposaksiya (piy sovurma) əməliyyatına girən model iki gün sonra böyrək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki,  bu, gənc qızın ilk plastik əməliyyatı olub.