“O mənim ulduzumdu” - Ceyhun

“O mənim ulduzumdu” -  Ceyhun
2993 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Ceyhun Əliyev söz və musiqisi özünə məxsus olan “O mənim ulduzumdu” mahnısını təqdim edib.

Axşam.az-ın məlumatına görə, ifaçı bildirib ki, saf sevginin tərənnüm olunduğu bəstə çox seviləcək:

“Həyatda hər kəsin bir ulduzu var. İstəmirəm insanların bəxt ulduzları, saf niyyətlə başlayan sevgiləri sönsün. İnsanlar mehriban olsun, boşanmalar olmasın. Bu mahnı insanların sülh şüarına çevrilsin. Həyatda hər şey müvəqqətidir. Ona görə bir-birimizin qədrini bilməliyik. Hərənin dilində "ulduz" bir cür səslənir – dan ulduzum, bəxt ulduzum, sülh ulduzum... Bu mahnını ərsəyə gətirdim və inanıram ki, insanların hər biri bundan öz payını götürə biləcək”.

Qeyd edək ki, mahnının aranjimanı Elvin İmanova, mixmaster işi Samir Əsədova məxsusdur.