İranlı səyyah velosipedlə Azərbaycanı gəzir - video

İranlı səyyah velosipedlə Azərbaycanı gəzir -  video
1133 dəfə oxunub
  • A-
  • A
  • A+

Xarici ölkəyə gedənlər adətən təyyarə reysləri, dəmiryolu və ya şəxsi avtomobilindən istifadə edirlər.

Axşam.az ARB Şəki-yə istinadən xəbər verir ki, iranlı səyyah velosipedlə gəzintini üstün tutub.

Məqsədi ekologiyanı qorumağa diqqət çəkməkdir. Azərbaycana səyahət edən İranlı velo-səyyahın yolu İsmayıllıdan keçib. İranın Astara şəhərindən səyahətə başlayan velo-səyyah əvvəlcə Lənkərana, Salyana, sonra isə paytaxt Bakıya gəlib. Bakıdan isə bölgələrə üz tutub.

2 gün ərzində velosipedlə hərəkətdə olan səyyahın Qobustan, Şamaxı rayonları ilə də tanış olub. O, həmçinin keçdiyi rayonların tarixi abidələri, milli adət-ənənələri ilə maraqlanıb.

Javad Keshtgar “İsmayıllıda velosiped sürmək üçün rahat yolun və zavodunun olması mükəmməldi. Avtomobillərdən yox, velosipedlərdən istifadə edin. Hava da daxil olmaqla burada hər şey gözəldir” deyib.