Hamilə olduğunu belə sübut etdi - fotolar

Hamilə olduğunu belə sübut etdi - fotolar
4420 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, amerikalı model Sara Steyc 6 aylıq hamilə olmasına baxmayaraq, öz bədən quruluşu ilə görənləri təəccübləndirir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, sosial şəbəkə istifadəçiləri fotolarını İnstaqram hesabından paylaşan modelin bir neçə aydan sonra doğuşa girəcəyinə inanmırlar.

Belə ki, 33 yaşlı modelin qarnı nəinki çıxmayıb, bədən quruluşu da həmişəki kimi incə və qüsursuzdur.

Sara izləyicilərii inandırmaq üçün bu gün İnstaqram səhifəsində yeni foto paylaşıb. 6 aylıq körpənin ultrasəs müayinəsinin şəklini sosial media hesabında yerləşdirən Steyc cəmi 6 kiloqram kökəldiyini bildirib. O, xüsusi pəhriz saxladığını və bu səbəbdən belə göründüyünü qeyd edib.

Qeyd edək ki, modelin 6 yaşlı bir oğlu da var.