3-cü dəfə ana olmağa hazırlaşan aktrisa əri ilə gəzintidə - fotolar

3-cü dəfə ana olmağa hazırlaşan aktrisa əri ilə gəzintidə - fotolar
3323 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Cessika Alba ilə həyat yoldaşı Keş Uorren 3-cü dəfə valideyn olmağa hazırlaşır.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, cütlük Hollivudda gəzinti zamanı görüntülənib. 36 yaşlı aktrisa artıq hamiləliyini heç kimdən gizlətmir. Cessika həm də rahat geyimlərə üstünlük verməyə başlayıb. Gəzinti üçün cins kombinezon seçən Alba üst geyimi kimi kardiqandan istifadə edib.

Xatırladaq ki, Cessika ilə Keşin 9 yaşlı Oner Mari, 6 yaşlı Heven Qarner adlı 2 qızı var.