Onlar mükafatlandırıldılar - fotolar

Onlar mükafatlandırıldılar -  fotolar
888 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda Atatürk Mərkəzində “İki dövlət, bir millət" layihəsi çərçivəsində ədəbiyyat, mədəniyyət adamları ilə görüş və mükafatlandırma mərasimi keçirilib.

Axşam.az xəbər verir ki, mərkəzin foyesində ASP-nın vəsaiti hesabına işıq üzü görən “İki dövlət, bir millət” şeir antologiyası, platformanın Azərbaycan təmsilçisi Qalibə Cəfərovanın “Vətən” və Sultan Özateşin “Çanaqqala” kitabları nümayiş olunub.

Platformanın rəhbəri Sultan Özateş rəhbərlik etdiyi layihə barədə iştirakçılara ətraflı məlumat verib.

Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərindən söhbət açan qonaq, hər iki ölkənin mədəni əlaqələrinin daha da möhkəmlənməsi baxımından bu cür tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Tədbirdə öz yaradıcılığı, sənət uğurları və ədəbi fəaliyyəti ilə türk mədəniyyətinə verdiyi töhfələrə görə fərqlənən mədəniyyət, incəsənət adamlarına ASP-ın fəxri fərman, medal və xatirə hədiyyələri təqdim olunub. Onlar arasında bəstəkar Sevinc Tofiqqızı da yer alıb.

Foto: İlqam Cəbiyev