Evlilik verilişinin iştirakçıları öpüşdü - video

Evlilik verilişinin iştirakçıları öpüşdü - video
4755 dəfə oxunub
  • A-
  • A
  • A+

TV8-də yayımlanan və ilk bölümü ilə reytinq qazanan “Aşk-ı roman” serialının ikinci seriasının anonsu yayımlanıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, serial bu anonsdan sonra daha çox diqqət çəkib.

Belə ki, ikinci seriada evlilik verilişindən tanınan Solmaz və Kaanın öpüşmə səhnəsi indidən müzakirə obyektinə çevrilib.

Tamaşaçılar hər iki gənci peşəkar aktyor olmasa da, rollarının öhdəsindən yaxşı gəldiklərini və öpüşərkən heç bir həyəcan keçirmədiklərini vurğulayıblar.

Xatırladaq ki, ekran işi eyni məhəllədə yaşayan iki gəncin sevgisindən bəhs edir.

Serialın növbəti bölümlərində Zuhal Topalın izdivac proqramında məşhurlaşan Hanifenin də yer aldığı vurğulanırdı.

Qeyd edək ki, “Aşk-ı Roman” yayımlanar-yayımlanmaz sosial mediada insanlar etirazlarını bildiriblər. Onlar rejissoru aktyor və aktrisalar qala-qala evlilik verilişinin iştirakçılarından serial çəkməyini heç cür qəbul etməyiblər.