Özündən 17 yaş böyük əri ilə belə görüntüləndi - fotolar

Özündən 17 yaş böyük əri ilə belə görüntüləndi - fotolar
5639 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud filmlərinin məşhur əkiz bacılarından olan aktrisa Meri-Keyt Olsen əri, Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin qardaşı Olivye Sarkozi ilə görüntülənib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, nadir hallarda cəmiyyət içinə birlikdə çıxan cütlük Nyu-Yorkda sərgidə qonaq olub.

Şəxsi həyatı haqda danışmağı sevməyən Meri bu dəfə jurnalistlərin suallarını cavablandırıb. O, evdə yeməyi özü bişirdiyini bildirib.

Qeyd edək ki, 48 yaşlı O.Sarkozi ilə 31 yaşlı M.Olsen 2012-ci ildən münasibətdədirlər. Onlar 2015-ci ildə rəsmi nikaha daxil olublar. Bu, Olivyenin ikinci, Meri-Keytin isə birinci nikahıdır.