Ötən gün "Maşın" şounu tərk edən Elşad Xoseyə rəqqasə, keçmiş həyat yoldaşı Oksana Rəsulov dəstək olub.

Axşam.az-ın məlumatına görə, sənətçi bildirib ki, Elşad oradan getməklə məğlub olmayıb:

"Bu gün çox sevinirəm. Elşad Xose şouda favoritim idi. Şoudan öz sözü, mədəniyyəti ilə çıxdı. Həm dostluğunu, həm də cənablığını sübut etdi. Orada qalan bəzilərinin üzlərini, ədəblərini, dürüstlüklərini millət gördü. Hər şeydən önəmlisi tamaşaçı gözü tərəzidir. Allah hər kəsin ürəyinə görə versin. Bilirəm ki, insanlar hər zaman haq-ədalət tərəfində olacaqlar.

Heç kim kiminsə keçmişinə gülüb, qınamasın. Heç kim bilmir sabah onun başına nələr gələ bilər.

Bir çoxlarını maraqlandıran suala da cavab verim: Elşadla 5 ildir ayrılmışıq. Heç bir müsahibədə olmayıb ki, mən və ya o, bir-birimiz haqqında pis fikirlər söyləyək. Əksinə hər zaman demişəm ki, Elşad mənim üçün doğma insandır. Hər bir uğurunda ona dəstəyəm. Bu gün də onun üçün sevinirəm. Çünki o, itirmədi, qazandı. Xalq səni sevir, sevəcək də. Sən əfsanəsən".