Xoşqədəm Hidayətqızının gətirdiyi cənazənin kimə məxsus olduğu bilindi

Xoşqədəm Hidayətqızının gətirdiyi cənazənin kimə məxsus olduğu bilindi
2274 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV kanalında yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının Rusiyanın Sankt-Peterburq şəhərindən Bakıya gətirdiyi cənazə Tərlan Əliyevindir.
 
Axşam.az lent.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyadakı Azərbaycan diplomatlarından biri məlumat verib.
 
Qeyd edək ki, bu il oktyabrın 6-da ATV kanalında yayımlanan “Səni axtarıram” verilişində Tofiq Əliyev oğlu Tərlan Əliyevi axtardığını bildirib. O və xanımı Mirvari Tərlanın 7 yaşlı oğlu Ruslanla birgə verilişə gələrək, onu axtardıqlarını deyiblər.
 
T. Əliyev bildirib ki, oğlu 2002-ci ildə Sankt-Peterburqa gedib və orada kiçik bizneslə məşğul olub. Bir müddət sonra rus qadınla ailə qurduğunu və övladı olması barədə ailəsinə məlumat verib. Tərlan həyat yoldaşı da işlədiyi üçün anasından körpəyə bir yaşına qədər baxmağı xahiş edib.
 
Ailə uşağı Bakıya gətirib və bundan sonra əlaqə kəsilib. Bir müddət sonra Tərlan evə zəng edərək, həbs olunduğunu və 2012-ci ildə azadlığa çıxıb Bakıya qayıdacağını bildirib. Bundan sonra onunla yenidən əlaqə kəsilib.
 
Ailəsinin verilişə üz tutmasından sonra X. Hidayətqızı Tərlanın axtarışlarına başlayır və onun Sankt-Peterburqda küçə həyatı yaşadığını öyrənir.
 
Tərlanın ardınca Sankt-Peterburqa gedən çəkiliş qrupu onun yenicə öldüyünü öyrənir və cənazəsini ailəsinə gətirir.
 
Sankt-Peterburqda meyitin mərhumun yaxınlarından kim tərəfindən tanınması və cənazənin gətirilməsinin hüquqi prosedurları barədə suallara isə “Səni axtarıram”ın növbəti buraxılışında cavab veriləcəyi gözlənilir.