Elza İbrahimovaya həsr olunmuş konsert keçiriləcək

Elza İbrahimovaya həsr olunmuş konsert keçiriləcək
1630 dəfə oxunub
  • A-
  • A
  • A+
Noyabrın 28-də Heydər Əliyev Sarayında sevilən mahnıların müəllifi, xalq artisti Elza İbrahimovanın mahnılarından ibarət "Nəğmə dolu bir ürəyəm" adlı konsert proqramı keçiriləcək.

Sarayın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, konsertdə xalq artistləri Brilliant Dadaşova, Flora Kərimova, Gülyaz Məmmədova, Heydər Anatollu, əməkdar artistlər İlqar Muradov, Aqşin Abdullayev, Almaz Orucova, İlahə Əfəndiyeva, Rəşad İlyasov, tanınmış ifaçılar Elton Hüseynəliyev, Ayaz Qasımov, Nadir Qafarzadə, Fuad Musayev, Zabitə Alıyeva, Nigar Şabanova, Vüsalə Əsgərova, Emiliya Yaqubova, Aynur İsgəndərli, Çinarə Məlikzadə, Sərxan Bünyadzadə, Səbinə Ərəbli, Sevda Yəhyayeva, Kənan Qədimov, Ayşən Mehdiyeva və Rövşən Qəhrəmanov iştirak edəcəklər.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-50 manat təşkil edir. Biletləri "www.iticket.az" saytından onlayn, şəhərin kassalarından və "ASAN Xidmət" mərkəzlərindən əldə etmək olar.