Zamiq dedi-qodudan bezib getdi

Zamiq dedi-qodudan bezib getdi
1258 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Zamiq Hüseynov son vaxtlar haqqında yayılan şayiələrdən yorulub.

Axşam.az-ın məlumatına görə, dedi-qodulardan bezən sənətçi istirahətə yollanıb. İstanbula gedən Zamiq fotolarını sosial şəbəkədə paylaşıb. Müğənni bir müddət orada qalıb dincələcəyini bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Zamiqin borca düşdüyü, avtomobilinin və evinin girov götürüldüyü xəbəri yayılmışdı. Xəbərə görə, müğənninin konsertinə biletlər satılmayıb, ziyana düşüb və aldığı borcları qaytara bilməyib. Sənətçi açıqlama verərək, xəbərin yalan olduğunu bildirib.