Məleykə Əsədova Ramiz Məliki məhkəməyə verdi - 200 min istəyir

Məleykə Əsədova Ramiz Məliki məhkəməyə verdi - 200 min istəyir
4900 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Məleykə Əsədova xalq artisti Ramiz Məliki məhkəməyə verib.

Axşam.az-ın APA-ya istinadən məlumatına görə, M. Əsədova bununla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Xalq artisti həmkarından şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.

Qeyd edək ki, Ramiz Məlik mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlədib.