Azərbaycanda qeyri-adi toy - Şahdağda evləndilər

Azərbaycanda qeyri-adi toy -  Şahdağda evləndilər
9920 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda qeyri-adi toy mərasimi keçirilib.

Axşam.az “Baku.ws”ə istinadən xəbər verir ki, bu toy mərasimi adi-toylardan fərqli olaraq Şahdağda qarlı havada baş tutub.

Belə qeyri-adiliyə imza atan isə “Green Baku” ekoloji təşkilatının təsisçisi Samir Qədirov və xanımı olub.

Onlar fərqlənmək üçün Şahdağ turizm zonasında evlənməyə qərar veriblər. Toy mərasiminin yeri də təsadüfən seçilməyib.

Cütlük üç il əvvəl Şahdağda tanış olduqları üçün toy mərasimlərini də burada keçirmək istəyib.