"ZARA" müştərilərini aldadır"

"ZARA" müştərilərini aldadır"
3662 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış bloqqer Aysel Əhmədova "Zara" geyim mağazasından şikayət edib.

Axşam.az-ın məlumatına görə, o, mağazanın “28 Mall” ticarət mərkəzində yerləşən filialında işçilər tərəfindən hörmətsizliklə qarşılaşdığını deyib.

Bu haqda sosial şəbəkədə paylaşım edən Aysel onların müştəriləri aldatdığını söyləyib:

“Elə bil outletdir. Bütün paltarlar yerdə idi. Xanımlar paltarların üstündən keçirdi. Bir paltarı bəyəndik. Etiketdə paltarın 169 manatdan 79 manata düşdüyü yazılmışdı. Onu götürüb kassaya yaxınlaşdım. Kassada əyləşən xanım satıcı mənimlə olduqca kobud davrandı. Hədiyyə paketini üstümə atdı. Dedi ki, özün paketlə mənim vaxtım yoxdur.  Hətta qiymətin 129 manat olduğu ortaya çıxdı. Halbuki 79 manat idi. Guya, qiymət səhv düşübmüş. Mağazdan çıxanda istədim ki, bütün üstünə 79 manat yazılan paltarları çəkim. Oğlan cəld davranıb bütün paltarları yığışdırıb apardı.

Bir sözlə, “ZARA” nın satıcıları müştərilərinə qarşı çox mədəniyyətsiz şəkildə davranır. Onları qiymətlərdə aldadır, həmçinin kobud formada davranış nümayiş etdirir”.