"Azərbaycanlı xanımla evlənmərəm" - Niyam

"Azərbaycanlı xanımla evlənmərəm" -  Niyam
3624 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin "Boş anlar" verilişinin qonağı müğənni Niyam Salami olub.

Axşam.az-ın məlumatına görə, sənətçi qadınlarla bağlı qalmaqallı açıqlama verib. O bildirib ki, azərbaycanlı xanımla ailə qurmayacaq:

"İkinci dəfə yəqin ki, azərbaycanlı xanımla evlənmərəm. Xarici ilə ailə quraram. Bizim xanımlar hamıdan gözəl, təmizdirlər. Sadəcə xasiyyətim və mənim dilimi anlamaması üçün xarici ilə evlənərəm.

Çox aqressivəm. Bizim mentalitetimiz tamam başqadır. Xaricdə ailələr çox səmimidirlər. Mənə də deyirlər ki, öz ailəsində problem var, çıxıb efirdə məsləhət verir. Çox vaxt getmirəm, çünki hər ailənin öz qayda-qanunu var".