Şakiranı həbs gözləyir

Şakiranı həbs gözləyir
1937 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli müğənni Şakira həbs edilə bilər.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, kolumbiyalı sənətçi vergi borclarından yayınmaqda ittiham olunur. Ispaniyanın vergi dairələri Şakiranın 2011-2014-cü illərdə maliyyə qeydlərinin yoxlanılmasını istəyib.

Qurum müğənninin həmin illərdə təkcə ölkə daxilində deyil, xaricdə də qazandığı pullara görə gəlir vergisi ödəməli olduğunu bildirib. Şakiranın vəkili dəyərləndirmələrdən sonra çox cüzi vergi borcu fərqinin ortaya çıxa biləcəyini və bunun “vergi cinayəti” adlandırılmasının doğru olmadığını söyləyib.
 
Qeyd edək ki, 40 yaşlı ifaçı futbolçu Jerar Pike ilə ailəlidir. Cütlüyün Milan və Saşa adlı iki oğlu var.