İlin ilk Ay tutulması baş verəcək

İlin ilk Ay tutulması baş verəcək
573 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu ilin ilk Ay tutulması yanvarın 31-də qeydə alınacaq.

AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Axşam.az-averilən məlumata görə, Ay tutulması Bakı vaxtı ilə saat 15:48-də başlanacaq, saat 17:29-da maksimum səviyyədə olacaq, saat 19:11-də başa çatacaq.

Bildirilib ki, Azərbaycanda saat 18:00-dan etibarən Ay doğduqda görünməyə başlayacaq. Həmin andan Ayın səthi aşağı hissədən yavaş-yavaş açılmağa başlayacaq.