"Leyli və Məcnun"u qısqandıracaq sevgi - fotolar

"Leyli və Məcnun"u qısqandıracaq sevgi - fotolar
3288 dəfə oxunub
  • A-
  • A
  • A+
İstanbulda yaşayan Talat Karakaş adlı 80 yaşlı təqaüdçü kişinin sevgisi dillərdə dastan olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Talat universitetdə oxuyarkən bir qıza vurulub. Onunla 7 il birlikdə olsa da, lakin qızın valideynləri övladlarının Talatla evlənməyinə qarşı çıxıblar.

Cütlük ayrılandan sonra daha heç vaxt görüşməyib.

Karakaş ilk sevgisini unutmayıb və bu səbəbdən nə başqasını sevə bilib, nə də evlənib.

Hər il 14 fevral - "Sevgililər günü"ndə Talat harada olduğunu belə bilmədiyi sevgilisinin yolunu gözləyir. Onun üçün xüsusi hazırlıqlar edən kişi, hətta şeirlər də yazır.

Karakaş 53 illik həsrətinin nə vaxtsa bitəcəyinə ümid etdiyini bildirib.