Efirə zəng vurub Şəbnəmi biabır etdi: "168 manat borcunu versin"

Efirə zəng vurub Şəbnəmi biabır etdi:  "168 manat borcunu versin"
6549 dəfə oxunub
  • A-
  • A
  • A+

Səadət adlı qadın “Hər şey daxil” verilişinə zəng edərək müğənni Şəbnəm Əsədovanı biabır edib.

Axşam.az-ın məlumatına görə, qadın Şəbnəmin ona illərdir 168 manat borclu olduğunu deyib:

“Bakıxanov qəsəbəsində yaşayanda, 5 il bundan qabaq onun əvvəlki kişidən olan qızını saxlayan Sədaqətin qonşusuyam. Mənə 208 manat borcu var idi. Gödəkcə və çəkmə almışdın. Tovuzda 40 manatını döngədə yanındakı ağdamlı kişidən alıb verdin. 168 manatı isə dedin ki, Bakıda gəlib verəcəm. 4 ildir pulu gətirmir bu adam”.

Verilişdə olan Şəbnəm qadına əsəbiləşib və ona pul borclu olduğunu təsdiqləyib:

"Ağbirçək xanımdır. Yadıma düşdü kimdir. Qızımın dayəsinin evinin yanında mağazası var idi. Ayıb olsun ki, belə danışırsan. Bu qədər hörmətsizlik olmaz. Ona aparıb 1800 manat verərəm. Düzdür, gözəl ailə qızıma dayəlik edib. Sizə 4-5 ildə nə qədər pul vermişəm. Haramınız olsun. Mən o dayənin ailəsinə yox, bütün ətrafına baxmışam. Alverçisən, bütün müğənnilər gedib paltar alıb geyinirlər”.