Musiqili Teatrda həftəsonu tamaşaları

Musiqili Teatrda həftəsonu tamaşaları
1478 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşaların nümayişi gözlənilir.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, sənət ocağının səhnəsində martın 17-də, saat 12:00-da “Meşə çaqqalsız olmaz”, 19:00-da “Mən dəyərəm min cavana”, martın 18-də, saat 19:00-da isə “Arşın mal alan” tamaşaları təqdim ediləcək.

Musiqili Teatr həmişə olduğu kimi, bu həftə də rusdilli tamaşaçılarını unutmayıb. Kollektiv martın 18-də, saat 12:00-da rusdilli balaca teatrsevərlərin görüşünə “Qoğalın sərgüzəştləri” tamaşası ilə gələcək.

Səhnə əsərlərində xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər, Nahidə Orucova, Boris Qrafkin, Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlar Ülviyyə Əliyeva, Gülnarə Abdullayeva, Mehriban Zalıyeva, Nadir Xasıyev, Səmədzadə Xasıyev, Nadejda Povelitsina, Aydan Həsənova, Atəş Qarayev, Yuliya Heydərova, Gülnarə Əzizova, Rəsmiyyə Nur, Gülçöhrə Abdullayeva, Firuz Məmmədov, Şaban Cəfərov, Elməddin Dadaşov, Gültac Əlili, Elxan İsmayılov, Ruslan Mürsəlov, Elçin İmanov, Əmrah Dadaşov, Eleanora Mehdiyeva, Pərviz Məmmədov, Cəlalə Novruzlu və başqaları iştirak edəcək.