Fatiməyə təcavüz edən rejissoru 20 ilədək həbs gözləyir

Fatiməyə təcavüz edən rejissoru 20 ilədək həbs gözləyir
1504 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Rusiyada yaşayan aktrisa-müğənni Fatimə Abbasquliyeva  müəllimi, məşhur rejissor Mark Razovski tərəfindən zorlandığını demişdi.

Axşam.az-ın məlumatına görə, Fatimə 81 yaşlı Razovskini məhkəməyə verib. Bu haqda aktrisa özü xəbər yayıb.

O bildirib ki, bunun üçün 12 vəkilin köməyindən istifadə edib:

“12 ildən sonra Razovskini məhkəməyə verdim. Təcavüzə və seksual xarakterli hərəkətlərə məcbur etdiyinə görə onu 5 ildən 20 ilədək həbs gözləyir”.

Qeyd edək ki, buna qədər isə rejissor özü Fatiməni məhkəməyə verməyə hazırlaşırdı. “Vəkillərlə məsləhətləşmək lazımdır. Hələ ki çirkaba batmaq istəmirəm” deyə, Razovski Rusiya mediasına açıqlamasında bildirib.