Çox yaşamaq istəyirsinizsə, bunlara əməl edin

Çox yaşamaq istəyirsinizsə, bunlara əməl edin
2149 dəfə oxunub
  • A-
  • A
  • A+
Uzun və sağlam yaşamaq hər bir insanın arzusudur. Buna isə müxtəlif yollarla nail olmaq olar.

Axşam.az xarici mediaya istinadən uzun ömür sürmək üçün lazımi 5 əsas qaydanı təqdim edir:

15 dəqiqə günəş şüası qəbul edin

D vitamini bədənimiz üçün zəruri vitaminlərdəndir. Qan təzyiqini azaldır, əzələləri və sümükləri qüvvətləndirir.

Maqnezium və kalsium qəbul edin

Əgər günəş işığının olmadığı və ya az olduğu yerlərdə yaşayırsınızsa, kalsium və maqneziumla zəngin qidalar qəbul edin: qoz, badam, fındıq, göyərti.

Az-az yemək

Araşdırmalara görə, az qidalanan insanlar daha sağlam olurlar. Gündəlik kalor qəbulunu 25% azadan insanlarda xərçəng, şəkərli diabet və ürək xəstəliklərinə tutulma riski aşağıdır.

Normal rejimdə və doyunca yatın

Yetərli qədər yuxu xoşbəxtlik və özünü yaxşı hiss etmə hormonlarını yaradır. Bununla da orqanlar yenilənir. Hər gün davamlı olaraq 7-8 saat yuxu yatmaq uzun yaşamağın sirlərindəndir.

Genlər

Uzun yaşamağın 70% göstərici düzgün həyat sürməklə bağlıdırsa, qalan 30%-i genetika ilə əlaqəlidir.