"Məni cazibədar edən şeylər..." Aygün

"Məni cazibədar edən şeylər..." Aygün
2278 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Aygün Kazımova “Söhbət elə” “Youtube” layihəsinin qonağı olub.

Axşam.az xəbər verir ki, müğənni aparıcının "İlk Azərbaycan xanımı idiz ki, hər bir Azərbaycan kişisi hər mənada yanınızda olmağı arzulayırdı. Bu həqiqətin sizə gətirdiyi neqativ və pozitivliklər nələrdir” sualına belə cavab verib:

“Neqativ düşünəndə neqativ olur, pozitiv düşünəndə isə pozitiv. Mənə xoşbəxtlik verən, cazibədar edən şeylərin neqativ tərəflərini görmüşəmsə, artıq unutmuşam. İndi də çox şeylər hiss edirəm. Səhnədə olmadığım anlarda hər zaman diqqət mərkəzində olmuşam. İnsanların bir nöqtədə cəmləşdiyini hiss etmişəm”.

Xalq artisti atasının sevimli qızı olduğunu da deyib:

“Atamın çox sevimli son beşiyi olmuşam. Mən anadan olanda atam görüb ki, onun müharibəyə gedib qayıtmamış qardaşına bənzəyirəm. Bir sözlə, burada da bəxtim gətirdi”.