İyunun 16-da Rusiyanın Birinci kanalında “JARA MUSIC AWARDS 2018”in təqdimatı yayımlanacaq.

Axşam.az xəbər verir ki, bu haqda festivalın “facebook” səhifəsinə xəbər yayılıb. Həmin gün tamaşaçıların gözləri qarşısında ulduzlar ulduzların lehinə və əleyhinə səs verəcəklər.

Proqramda “Leninqrad”, “Vremya i steklo”, A’STUDIO, Qriqori Leps, LOBODA, Valeri Meladze, EMİN, Ani Lorak, Nyuşa, Polina Qaqarina, Valeriya, Vera Brejneva və digər ifaçılar və musiqi qrupları iştirak edəcəklər.

Festivalın təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.



                   

Digər Xəbərlər