Oğlunun transgender olduğunu etiraf etdi

Oğlunun transgender olduğunu etiraf etdi
2050 dəfə oxunub
  • A-
  • A
  • A+

"Sex in the Big City" serialının 52 yaşlı ulduzu Sintiya Nikson oğlunu universiteti bitirməsi münasibətilə təbrik edib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa paylaşımını hər il Nyu-Yorkda keçirilən "Trans Day of Action" ərəfəsində edib. O, bu münasibətlə eyni zamanda oğlunu da təbrik edib.

Sintiya oğlunun transgender olduğunu gizlətməyib. O, paylaşımına "Oğlumla fəxr edirəm. Semyuel Jozef Mozey universiteti bitirdi. Oğlumu və "Trans Day of Action"ı qeyd edənləri təbrik edirəm" deyə, qeyd edib.

21 yaşlı Semuel əvvəl adını Samanta etmişdi. Onun atası Niksonun ilk həyat yoldaşı Denni Mozesdir. Aktrisa keçmiş əri ilə 1988 və 2003-cü illərdə ailəli olub.