Qadağan edilmiş 18+ tamaşa yenidən göstəriləcək

Qadağan edilmiş 18+ tamaşa yenidən göstəriləcək
3375 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dağınıq Oda (ADO) teatrı ölkənin ilk 18+ tamaşası olan "MimOda"nı təkrar nümayiş etdirəcək.

Axşam.az-ın məlumatına görə, tamaşa iyulun 6-sı saat 20:00-da ADO teatrında göstəriləcək. Tamaşadakı rolları fransız aktrisa Elsa Furtado və azərbaycanlı aktyorlar Elmin Bədəlov, Sabir Vol Məmmədov canlandırır. Səhnə işinin rejissoru isə İmam Həsənovdur.

Qeyd edək ki, ideyası ADO-ya məxsus olan tamaşanın premyerası 2015-ci ildə olub.