33 yaşlı “Eurovision” təmsilçisi maşınında ölü tapıldı - Video

33 yaşlı “Eurovision” təmsilçisi maşınında ölü tapıldı - Video
2189 dəfə oxunub
  • A-
  • A
  • A+

2011-ci il Almaniyada keçirilən “Eurovision” mahnı müsabiqəsində Makedoniyanı “Rusinka” mahnısı ilə təmsil edən müğənni Vlatko İlievski dünyasını dəyişib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, rok ifaçısı paytaxt Skopye şəhərində avtomobilində ölü tapılıb.

Ötən həftə 33 yaşını qeyd edən sənətçinin hansı səbəbdən öldüyü hələ ki, məlum deyil.

Qeyd edək ki, analoji hadisə 2007-ci ildə də baş verib. Belə ki, 2004-cü ildə Türkiyədə keçirilən “Eurovision”da Makedoniyanı təmsil edən 26 yaşlı Tose Proeski avtomobilində qətlə yetirilib.